ABŞ-ın Kaliforniya ştatında şiddətli yağışın ardından meydana gələn sel nəticəsində azı 17 nəfər həyatını itirib.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə CNN Türk xəbər yayıb. Xəbərə görə, ştatın güneyində güclü yağış palçıq seli yaradıb ki, bu da insan faciəsinə və 100-dən çox evin uçmasına gətirib. Ünlülərin yaşadığı Montecito rayonunda isə 300 ev ziyan çəkib.Hazırda axtarış-xilasetmə işləri davam edir.
Santa Barbara bölgəsinin şerifi Bill Braun verdiyi açıqlamada sel nəticəsində azı 17 nəfərin həlak olduğunu, 28 nəfərin yaralandığını, 13 nəfərin isə axtarışlarının davam etdiyini deyib.