ABŞ Konqresi Nümayəndələr Palatasının xaricilərlə iş komitəsinin sədri və ermənilərin əzəli müdafiəçisi Ed Roys növbəti seçkilərə qatılmayacaq.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə erməni mətbuatı yazır. Xəbərdə deyilir ki, 1992-ci ildən Konqresə seçilən Roys burada erməni icmasının çoxluq təşkil etdiyi Orenc dairəsini təmsil edib. “Konqresmenliyi dövründə o, “erməni genosidinin” tanınmasının və “Qarabağ xalqına öz müqəddəratını təyin etmə hüququ” verilməsinin alovlu tərəfdarı olub”- deyə Amerika Erməni milli komitəsinin facebook səhifəsində yerləşdirilən bəyanatında deyilir.