ABŞ Fələstin-İsrail sülh prosesilə bağlı "Əsrin müqaviləsi" adlandırdığı plan hazırlayıb. Baki-xeber.com Anadolu Agentliyinə istinadən xəbər verir ki, ABŞ Fələstin rəhbərliyini plan barədə Səudiyyə Ərəbistanı şahzadəsi Məhəmməd bin Salman vasitəsilə məlumatlandırıb.
Fələstin Qurtuluş Təşkilatı (FAT) idarə heyətinin üzvü Əhməd Mecdalaninin ABŞ prezidenti Donald Trampın kürəkəni və məsləhətçisi Cared Kuşnerin "Əsrin müqaviləsi" ilə bağlı detalları şahzadə Məhəmmədə verdiyi, onun da bu məlumatları Fələstinlə paylaşdığını deyib.
Mecdalani şahzadə Məhəmməd vasitəsilə ABŞ rəhbərliyinə Fələstin-İsrail sülh prosesində “Ərəb Barış Planı”nı əsas götürdüklərini çatdırdıqlarını, ABŞ-ın da Fələstinin mövqeyindən imtina etməyəcəyini qəbul etdiyini bildirib.
O, ABŞ-ın hazırladığı planının İrana qarşı İsrail-Ərəb ittifaqı üzərində qurulduğunu deyib.
Qeyd edək ki, 2002-ci ildə Ərəb Birliyinin Livanın paytaxtı Beyrutda keçirilən zirvəsində "1967 sərhədlərində paytaxtı Şərqi Qüds olan Fələstin dövlətinin qurulması, fələstinli qaçqınların probleminin ədalətli həlli, İsrailin Suriyada Golan Təpələri ilə Livanın cənubunda ələ keçirdiyi torpaqlardan çəkilməsi, qarşılığında isə ərəb ölkələrinin İsraili tanıması və əlaqələrini normallaşdırmasını" nəzərdə tutan Ərəb Sülh Planı qəbul edilib.