ABŞ Fələstin dövlət başçısı Mahmud Abbası devirmək üçün plan hazırlayıb. Baki-xeber.com xəbər verir ki, bu barədə Anadolu Agentliyinə Fələstin dövlət başçısı Mahmud Abbasın xarici işlər və beynəlxalq əlaqələr üzrə müşaviri Nebil Şas deyib.
“ABŞ-ın Mahmud Abbası devirmək üçün planları olduğuna dair məlumatlar var” deyən N.Şas bununla bağlı kəşfiyyat məlumatları əldə etdiklərini bildirib.
Onun sözlərinə görə, ABŞ bölgədəki vasitəçilik rolunu davam etdirməsini qəbul etməsi üçün Abbasa təzyiq edir: "ABŞ-ın vasitəçilik rolu bitib. Bundan geri dönüş yoxdur".
Şas, ABŞ-ın Mahmud Abbası devirmək planlarına ərəblərin, ya da Abbasa yaxın şəxslərin də dəstək verdiyinə dair söz-söhbətlərin yalan olduğunu deyib.
Bundan əvvəl Fələstin mərkəzli "Küds.net" saytı, Fələstin təhlükəsizlik qüvvələrinin, Abbası devirmək üçün onun öz ətrafında olan bəzi şəxslərin ABŞ-la danışıqlar apardığına ortaya çıxardığına dair məlumat yayıb.