İsrailin Kənd Təsərrüfatı naziri Uri Ariel qalmaqallı açıqlamalar verib. Baki-xeber.com xəbər verir ki, nazir təhlükəsizlik qüvvələrinin fələstinlilərə müdaxiləsi zamanı kifayət qədər qan axmadığını deyib.
"Ölüm və yaralanmaların vaxtı gəldi" deyən nazir bildirib ki, İsrail təhlükəsizlik qüvvələrinin Qəzzadakı fələstinlilərə müdaxiləsi daha sərt olmalıdır: "Necə bir özəl silahımız var ki, atəşi açır və duman yaradır, ancaq heç kim yaralanmır? Ölüm və yaralanmaların da artıq olması lazımdır".
İsrail naziri “Həmas”ın hücumuna da münasibət bildirib: "Biz özümüzü müdafiə etməməliyik, hücum etmək lazımdır. Bir şəxs sizə hücum etmək istəyirsə, öncə siz ona hücum edib".