Rusiyanın Suriyadakı Hmeymim hərbi bazasına yanvarın 6-da edilən hücum Moskva ilə Ankara arasında gərginliyə yol açıb.
Baki-xeber.com-un “Hürriyet”ə istinadən xəbərinə görə, Ankaranın Moskva və Tehrana nota verdiyi olayla bağlı Rusiyanın Müdafiə Nazirliyi Türkiyə Baş Qərargah rəisi Hulusi Akara və MİT məsləhətçisi Hakan Fidana məktub göndərib.
Xatırladaq ki, daha öncə Türkiyə Astanada Rusiya və İranla əldə edilən təhlükəsiz bölgələr üzrə üçtərəfli razılaşma ilə İdlib bölgəsinə məsul olmasına baxmayaraq, Rusiya və İranın Şam ordusuna dəstək verməklə anlaşma xaricində hərəkət etməsini qınayıb. Ankara Rusiya və İranın bu cür davranışının Suriyadakı əməkdaşlığa kölgə salacağını bildirib. Türkiyənin bu narazılığına Rusiyanın sərt tpki verdiyği bildirilir. Rusiya Müdafiə Nazirliyinin orqanı olan “Krasnaya Zvezda” qəzeti 6 yanvar olayı ilə bağlı geniş məqalə ilə çıxış edərək, Nazirliyin Türkiyə Baş Qərargah rəisi Hulusi Akara və MİT məsləhətçisi Hakan Fidana məktub göndərdiyini yazıb. Məktubda pilotsuz uçan aparatlarla hərbi bazaya edilən hücum zamanı PUA-ların İdlibin Muazzaz qəsəbəsindən qaldırıldığı göstərilərək, həmin bölgənin təhlükəsizliyinin Türkiyə tərəfindən təmin edilməli olduğu xatırladılır.