Yanvarın 12-də ABŞ İranla 2015-ci ildə bağlanmış nüvə fəaliyyəti ilə bağlı müqavilənin bundan sonrakı taleyi ilə bağlı qərarını açıqlayacaq.
Baki-xeber.com-un Anadolu Agentliyinə istinadən xəbərinə görə, bu barədə jurnalistlərə açıqlamasında Dövlət Departamentinin rəsmisi Stiven Qoldstin deyib. Bu mövzuda diskussiyaların hələ davam etdiyini deyən rəsmi bildirib ki, mövzu ilə bağlı bu həftə prezident Tramp, dövlət katibi Tillerson və Pentaqon rəhbəri Mettis arasında görüş keçiriləcək.
Xatırladaq ki, daha öncə Reks Tillerson ABŞ-ın bu müqaviləyə “ya yenidən baxacağını, ya da onu ləğv edəcəyini” açıqlamışdı.
Onu da xatırladaq ki, İranla “altılıq” ölkələri arasında nüvə razılaşması 2015-ci il iyulun 14-də bağlanmış və bundan 6 ay sonra mərhələlərlə İran üzərindən sanksiyaların qaldırılmasına başlanmışdı.