Yanvarın 19-da İrəvanda ölkədəki qiymət artımına etiraz marşı keçiriləcək.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə “NEWS.am” saytına “Çıxış” blokunun mətbuat xidmətindən bildirilib. Qeyd olunub ki, marşın keçirilməsi ideyası insanlara ümid verir ki, “hakimiyyət özünə gəlib nəsə edəcək”. Lakin bəzilərinin fikrincə, hakimiyyət xalqı məhv etməyə hazırdır və heç bir etiraz onları durdura bilməz.
Xəbərdə deyilir ki, sadə insanlar dərman almaq üçün bir sıra ərzaqlardan imtina etmək zorunda qalmasından şikayətçidir. Pensiyalar nəinki dolanışığa, heç dərmanlara çatmır. Bildirilir ki, bəziləri çıxış yolunu ölkədən getməkdə görsə də, bir çoxu ümidini Allahın rəhmətinə bağlayıb.