NATO-nun keçmiş baş katibi Yaap de Hoop Sxeffer NATO-nu Rusiya siyasətinə görə sərt tənqid edib. Baki-xeber.com xəbər verir ki, keçmiş baş katib, NATO-nun Rusiyanın "qırmızı xətlərinə" hörmət etməli olduğunu deyib.
Alyansın, Ukrayna və Gürcüstana üzvlük sözü verməsinin Putinin radikallaşdırdığını söyləyən Sxeffer, bunun Rusiya liderinin Sovetlər Birliyi dövründəki aqressiv mövqeyə qayıtmasına səbəb olduğunu deyib.
Sxeffer, 2008-ci ildə Rumıniyanın paytaxtı Buxarestdə keçirilən NATO sammitində, Ukrayna və Gürcüstana üzvlük üçün “yaşıl işıq” yandırıldığını xatırladıb. Putinin həmin vaxt ona "Hörmətli cənab Baş katib, belə bir şey ola bilməz, olmayacaq" dediyini bildirib.
Bu reaksiyanı anlayışla qarşılayan Sxeffer qeyd edib ki, Almaniya baş naziri Merkelin etirazına baxmayaraq, ABŞ prezidenti Corc Buşun israrı ilə NATO Gürcüstan və Ukraynaya qapı açıb.
Keçmiş baş katib bildirib ki, həmin vaxt Putinin reaksiyasına əhəmiyyət verməyiblər: "Ancaq o vaxt bütün üzvləri bir cizgidə saxlamaq üçün çox şey edilməli idi".
Bu hadisədən sonra Moskvanın daha da radikallaşdığını vurğulayan Sxefferin fikrincə, artıq Ukrayna və Gürcüstanın NATO-ya üzvlüyü problem yaratmayacaq.