İsrailin kəşfiyyat xidməti MOSSAD-ın rəhbəri İrandakı son hadisələri dəyərləndirib. Baki-xeber.com “Haaretz” qəzetinə istinadən xəbər verir ki, "İsrailin İranda gözü, qulağı və başqa şeyləri var" deyən baş kəşfiyyatçı İranda inqilab görmək istədiyini bildirib.
"Yüksək gözləntilər bəslənilməməlidir, hərçənd ki mən, İranda sosial inqilab görməyə şad olardım. Bu hələ də baş verə bilər" deyən Yossi Koenin fikrincə, İran vətəndaşlarını etirazlara sövq edən iqtisadi vəziyyətlə bağlı gözləntilərin doğrulmadığı olub.
MOSSAD rəhbəri deyib ki, İran daxilində onun "gözü, qulağı və başqa şeyləri var".
Qeyd edək ki, İran hakimiyyəti etiraz çıxışlarında xarici qüvvələri ittiham edir. İranın ali dini lideri Ayətullah Əli Xameneyi hakimiyyət əleyhinə nümayişlərin təşkilində ABŞ, Britaniya və İsrailin əli olduğunu deyib.
İranda etirazlar dekabrın 28-də, ölkənin ikinci ən böyük şəhəri Məşhəddə başlayıb. Öncədən iqtisadi tələblərlə keçirilən yürüşlərdə daha sonra siyasi çağırışlar səslənib. Bir çox şəhərə yayılan itişaşlarda 20-dən artıq adam həlak olub.