İtaliya polisinin mafiya ilə mübarizə departamenti ölkənin bir neçə vilayətində genişmiqyaslı əməliyyatlar keçirib. Trend-in məlumatına görə, əməliyyatlar nəticəsində 169 nəfər saxlanılıb.
Qeyd olunur ki, genişmiqyaslı əməliyyatlar Almaniyanın bir neçə şəhərində də həyata keçirilib.
Saxlanılan şəxslər iş adamlarına hədə-qorxu gəlməkdə və sahibkarların fəaliyyətinə müdaxilə etməkdə ittiham olunurlar.