Təkcə ötən ilin noyabrında Ermənistan Respublikasının xarici borci 62 milyon dollar artıb.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə bu ölkənin “Aykakan Jamanak” qəzeti yazıb. Ölkənin Milli Statistika Komitəsinin məlumatına əsaslanan qəzet yazır ki, 2017-ci ilin 1 dekabr tarixinə Ermənistanın xarici borcu 3 trilyon 477 milyard dram, yaxud 5,1 milyard dollar təşkil edib.