Aralıq dənizində İtaliya sahillərinə çıxmağa çalışan 64 nəfər miqrant batıb.
Baki-xeber.com-un Anadolu Agentliyinə istinadən xəbərinə görə, bu barədə Beynəlxalq miqrasiya təşkilatı (İOM) xəbər yayıb. Xəbərə görə, faciə şənbə günü yaşanıb. Liviyadan İtaliya sahillərinə doğru üzən üfürülmə qayıqda 150 nəfər miqrant olub. İOM təmsilçisi Flavio Cakomonun özünün Twitter səhifəsində yazdığına görə, batan qayıqdan 86 nəfəri xilas etmək mümkün olub. Hələlik 8 nəfərin isə meyiti tapılıb.
Flavio Cakomo batan qayığın köməyinə italiyanın sahil xidmətinin gəldiyini yazıb.
İOM-un açıqlamasına görə, 2017-ci ildə Aralıq dənizi vasitəsilə Avropaya keçənlərin sayı yarıbayarı azalaraq 171 min nəfər təşkil edib. Onlardan 3116 nəfər isə sulara qərq olaraqdünyasını dəyişib.