BMT İsrail işğalına qarşı mübarizədə beynəlxalq mükafat almış 16 yaşlı fələstinli qızın – Ahəd ət-Təmiminin İsrailin hərbi məhkəməsi tərəfindən mühakimə olunmasından narahatdır.
Baki-xeber.com bu barədə Anadolu Agentliyinə istinadən xəbər verir. Xəbərə görə, BMT mətbuat xidmətinin rəhbəri Stefan Dyujarrik deyib ki, təşkilat xüsusilə uşaqların saxlanmasından narahatdır. “İnsanların hüquqlarına hörmət zəruridir” o deyib.
Xatırladaq ki, İsrail hərbçiləri 16 yaşlı fələstinli Ahəd ət-Təmimi və anası Nərimanı dekabrın 19-da saxlayıb. Bir gün sonra isə qızın əmisi qızı Nur da saxlanıb.
Ahəd ət-Təmiminin adı əslində mətbuata 2012-ci ildən tanışdır. Belə ki, o zaman hərbçilərin qardaşını saxlaması zamanı göstərdiyi cəsarətə görə o, İstanbulda “Xanzala” mükafatını almışdı. O zaman bütün dünya ət-Təmimini İsrail hərbçilərinə müqavimət göstərən qız kimi tanıdı. Hətta o zaman Baş nazir olan Rəcəb Tayyib Ərdoğan da onu qəbul etdi.