ABŞ prokuroru Robert Mueller "Rus istintaqı" çərçivəsində prezident Donald Trampı sorgulayacaq.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə “Washington Post” qəzeti yazıb. Qəzetin xəbərinə görə, soruşdurma yaxın həftələrdə baş tuta bələr. “Sabah” qəzeti isə yazır ki, "Bu proses hər kəsin proqnozlaşdırdığındab daha sürətlə irəliləyir". Nəşrin xəbərində Trampın seçki kampaniyasının rəhbəri Paul Manafort və köməkçisi Rick Gatesin, həmçinin Ağ Evin keçmiş Milli Təhlükəsizlik Məsləhətçisi Michael Flynnin də bu günə qədər günahlandırıldığı bildirilir. Xəbərdə o da deyilir ki. Trampla prokuror Mueller arasında gərginlik ötən ilin son günlərində artıb. Bunun ardınca Tramp prokuror Muelleri vəzifədən çıxaracağı barədə yayılan xəbərləri təkzib edib.
Ağ Ev isə Rusiya ilə bağlı iddiaları rədd edərək, bunu rusların “əcinnə ovu” adlandırıb.