Almaniyada sosial media ilə bağlı yeni qanun qüvvəyə minib. Baki-xeber.com xəbər verir ki, yanvarın 1-dən qüvvəyə minən qanuna əsasən, nifrət və ya digər qanunsuz məzmunlu tivitlər sosial media menecerləri tərəfindən məcburi silinəcək.
Qanun bu ölkədə paylaşılmış keçmiş tivitlərə də aiddir, onlar da araşdırılacaq.
Bu arada Almaniyanın ədliyyə naziri, sosial demokrat Heiko Maasın da dəstəklədiyi yeni qanun, onun öz “ayağına dolaşıb”. Belə ki, onun 2010-cu ildə paylaşdığı bir tivit silinib.
Hazırda dünyanın ən sərt sosial media qanunu kimi xarakterizə edilən sözügedən qanuna görə, Facebook və Twitter silinməsi istənən tivitləri 24 saat içərisində məcburi şəkildə silməlidir. Əks halda onları 50 milyon avroya (57 milyon dollar) qədər cərimə gözləyir.