İran prezidenti Həsən Ruhani ölkədəki etirazların səbəbinin yalnız iqtisadi amillərlə bağlı olmadığını deyib. Hər kəsin iranlı rəsmiləri tənqid etməyə haqqı olduğunu söyləyən H.Ruhani sosial mediaya qarşı qadağaların da aradan qaldırılmasını istədiyini bildirib.
İran Tasnim agentliyinə verdiyi açıqlamada Ruhani deyib: “İnsanların sadəcə iqtisadi problemlərlə bağlı küçələrə töküldüyünü söyləmək İran xalqına təhqirdir. Etirazçıların, eyni zamanda, başqa ictimai və siyasi istəkləri də var. Mühafizəkarların sosial medianın tamamilə qadağan edilməsi tələbini qəbul etmirəm. Xalqın həyat tərzinə və iş dünyasına biganə qalmaq olmaz… Bütün tələbələrin azad edilməsini istəyirəm”.