Quzey Kıbrıs Türk Cumhiriyyətində keçirilən erkən ümumi seçkilərin nəticələri açıqlanıb.
Baki-xeber.com-un xəbərinə görə, Baş nazir Hüseyn Özgürgün başçılıq etdiyi Milli Birlik Partiyası (UBP), səslərin yüzdə 35,44-ünü toplayaraq birinci olsa da, o da daxil, seçkidə heç bir partiya iqtidarı təkbaşına əldə edəcək deputat sayı əldə etməyib.
Xəbərə görə, artıq sandiqların yüzdə 93-ü açılıb və nəticələr, demək olar, bəllidir. Belə ki, seçkiyə qatılan 8 partiyadan 5-i barajı aşaraq Məclisdə təmsilçilik hüququ qazanıb.