Rusiyanın paytaxtı Moskvada metronun üç stansiyasında eyni zamanda bomba panikası yaşanıb.
Baki-xeber.com-un xəbərinə görə, anonim zənglə verilən bomba xəbəri ilə əlaqədar metronun Kazanski, Yaroslavski və Leninqradski stansiyalarında xüsusi təlim görmüş itlərin iştirakı ilə əməliyyat keçirilib. Lakin verilən xəbər özünü doğrultmayıb və hər hansı şübhəli əşya və ya maddə tapılmayıb.
Metro normal iş rejimini bərpa edib.