ABŞ prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen Inlə telefonla danışmağa açıq olduğunu deyib.
Baki-xeber.com xəbər verir ki, Tramp, Şimali Koreya ilə Cənubi Koreya arasında qış Olimpia Oyunları çərçivəsində diplomatik yaxınlaşmanı dəyərləndirib. ABŞ prezidenti prosesi yaxından təqib etdiklərini və bundan razı qaldıqlarını söyləyib: "Bu bir başlanğıcdır. Bu danışıqlardan bir şey çıxarsa, bütün dünya üçün yaxşı olar".
Bir jurnalist ondan Şimali Koreya lideri Kim Çen Inlə görüş məsələsinə necə baxdığını soruşub. Tramp, "Mən həmişə danışmağa hazıram. Bunu edə bilərəm, problem yoxdur” cavabını verib.