Almaniya miqranlara qarşı yeni qanun qəbul etməyə hazırlaşır. Baki-xeber.com xəbər verir ki, Almaniya kansleri Angela Merkelin liderlik etdiyi Xristian Demokratik Birlik və Xristian Sosial Birlik ittifaqı anti-semitizm ideologiyasını qəbul edən şəxslərin ölkədən deportasiya edilməsini nəzərdə tutan qanun layihəsi hazırlayır.
Semitizm məsələsini yalnız yəhudiliklə məhdudlaşdırmayacaq yeni qanun, eyni zamanda İsraili dövlət kimi tanınmayan mühacirləri də ölkədən deportasiya etmə hüququ verir. "Die Welt" qəzeti yazır ki, yeni qanunla Almaniyada yəhudi həyat tərzini və ya İsrail dövlətini tanımayanların Almaniyada yaşamaq hüququ olmayacaq.
Qanun layihəsinin yəhudi soyqırımının ildönümü günü - 27 yanvara qədər parlamentə təqdim ediləcəyi gözlənilir.