“Beynəlxalq Azadlıq İttifaqı”nın (IFB) kürd silahlı birləşmələri ilə birlikdə döyüşən üzvləri İŞİD-in paytaxt elan etdiyi Rakkanın terrorçulardan azad edilməsinin ardından burada, 1945-ci ildə Reyxstaqda olduğu kimi, SSRİ bayrağını qaldırıb.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə “Morning Star” nəşri məlumat yayıb. IFB-nin Londondan olan üzvü nəşrə açıqlamasında deyib ki, İŞİD üzərində qələbə eyni zamanda faşizm üzərində qələbədir. “Biz düşündük ki, Rakkanın azad olunması İŞİD-faşizm üzərində qələbədir” o deyib. Nəşrə danışan şəxsin sözlərinə görə, terrorçularla döyüşmək qərarını bir neçə il öncə alıblar, döyüşlər arası isə ideoloji diskussiya aparıblar.
Xatırladaq ki, 2017-ci ildə Rakkada iki kütləvi məzarlıq aşkar olunub. İŞİD üzvlərinin edam etdiyi şəxslərin basdırıldığı bu məzarlıqların təkcə birindən 115 meyit çıxarılıb.