Rusiya ABŞ-ın İrandakı etirazlar səbəbilə Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasını bir araya gətirməsini tənqid edib.
Baki-xeber.com-un DHA-ya istinadən xəbərinə görə, İranda təxminən bir həftədir davam edən etirazlara dünya dövlətləri reaksiya göstərərkən ABŞ İrandakı vəziyyətlə əlaqədar təcili BMT TŞ-nin toplanması üçün quruma müraciət edib. Rusiya da daxil olmaqla, bir neçə ölkə ABŞ-ın bu çabalarını tənqid edib.
İranın BMT-dəki daimi nümayəndəsi Qulaməli Xoşru ölkəsində öncə iqtisadi səbəblərlə başlayan, daha sonra siyasi çalar alan etirazlarla əlaqədar ABŞ-ın bu canfəşanlığını tənqid edib və "bütün dünyanın gözündə əxlaqi, siyasi və hüquqi səlahiyyət və etibarını itirdiyini" ifadə edib.
ABŞ-ın qurumdakı daimi nümayəndəsi Nikki Haley təcili çağırılan konfransda İrandakı hökumət əleyhinə etirazları "cəsur insanların güc nümayişi" olaraq dəyərləndirib. Rusiya səfiri Vasil Nebenza isə şuranın İranın "daxili işlərinə" qarışmasının BMT-nin nüfuuna zərər verə biləcəyini deyib.