Ermənistanda “olimpiya tullanışları ilə” artan ərzaq qiymətləri ölkədən miqrasiyanı katastrofik həddə çatdırıb.
Baki-xever.com-un xəbərinə görə, bu sözləri erməni parlamentinin “Tsarukyan” blokundan namizədi və Avrointeqrasiya komissiyasının sədri Naira Zoqrabyan deyib. Hökumətin bu qeyri-effektiv siyasətinin sonda nəyə gətirib çıxaracağını deməkdə çətinlik çəkdiyini bildirən Zoqrabyan əlavə edib ki, miqrasiya ilə bərabər ölkədə yoxsulluq səviyyəsi və işsizlik də yüksək templə artır. İnsanların bu situasiyaya etiraz aksiyaları ilə qarşılıq verə biləcəyinə şübhə edən deputat əhalinin bu etirazı hələlik “ayaqları ilə gerçəkləşdirdiyini”, ölkəni tərk etdiyini bildirib.
Xatırladaq ki, Ermənistanın 2018-ci il üçün dövlət büdcəsində defisit 4% götürülüb, inflyasiya fonunda isə maaş və pensiyaların artımı gözlənilmir.