Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və ABŞ xarici siyasətinin rəhbəri Reks Tillerson arasında telefon danışığı baş tutub.
Baki-xeber.com-un xəbərinə görə, telefon görüşməsi Amerika tərəfinin təşəbbüsü ilə gerçəkləşib.
Danişıqlar barədə hələlik rəsmi açıqlama yoxdur. Görüşmənin əsas mövzusunun İran faktoru ilə bağlı olduğu güman edilir.