Yanvarın 4-ü axşam saatlarında Əfqanıstanın paytaxtı Kabil şəhərində terror aktı törədilib.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə yerli TOLONews telekanalı xəbər yayıb. Xəbərdə 20 nəfərdən çox insanın həlak olduğu bildirilir, yaralı sayı 30 nəfərdir.
Telekanalın xəbərinə görə, olayın məsuliyyətini İŞİD öz üzərinə götürüb.