ABŞ “CBS” və “NBC” telekanallarının Pyonqyanq hakimiyyətinin yeni ballistik raket sınağı üçün hazırlaşdığını elan etməsi və Şimali Koreyanın liderinin yeni il müraciətində artıq masasında nüvə silahı düyməsinin olduğunu ifadə etməsi Vaşinqtonda Şimali Koreya mövzusundakı mübahisələri gündəmdə ön plana çıxarıb.
Baki-xeber.com xəbər verir ki, ABŞ prezidenti Donald Tramp isə Kim Çen İnə cavab verməkdə gecikməyib. Tramp Şimali Koreya lideri Kim Çen İnin “nüvə silahı düyməsi stolumun üstündədir” açıqlamasına cavab verərək bildirib ki, onun nüvə silahı düyməsi daha böyük və daha güclüdür.
ABŞ mediası da Pentaqonun Şimali Koreya mövzusunda hazırlıq gördüyünü irəli sürüb. “Fox News” telekanalı Şimali Koreyanın ABŞ-ın şərtlərini yerinə yetirmək üçün nüvə proqramından daşınmayacağı halda gələcək aylarda Pentaqonun Şimali Koreyaya qarşı hücum həyata keçirmə ehtimalı olduğunu irəli sürüb.
Pentaqon sözçüsü polkovnik Rob Manning Şimali Koreya ilə əlaqəli irəli sürülən iddialar barədə açıqlama yayıb. O bildirib ki, problemin hələ də diplomatiya vasitəsilə həlli gözlənilir. İrəli sürülən iddialar qətiliklə düzgün deyildir. Bu, məsuliyyətsiz və gerçək olmayan bir iddiadır. Müdafiə naziri Mattisin də ifadə etdiyi kimi orda məqsəd hərb deyil, Koreya yarmadasının dəqiq, təsdiq edilə biləcək və geri addım atılmayacaq şəkildə nüvə silahlardan təmizlənməsidir. Bu müxtəlif diplomatik dəstəklərlə davam etdirilən diplomatik səydir.