ABŞ-ın tanınmış respublikaçılarından, keçmiş prezidentliyə namizəd və keçmiş Texas senatoru Ron Paul prezident Donald Trampın maliyyə siyasətini sərt tənqid edib. Baki-xeber.com xəbər verir ki, Paul ABŞ-ın Sovet İttifaqının aqibətini yaşaya biləcəyi ilə bağlı xəbərdarlıq edib.
“ABŞ-ın borclarının artması, hərbi xərclərin yüksək olması axırda sistemin çökməsinə səbəb olacaq və bu Sovet İttifaqının son günlərindəki kimi ABŞ-ın yanıb kül olmasına yol açacaq” – deyə o bildirib.
Paul qeyd edib ki, Tramp iqtisadi fikirlərini ABŞ siyasətinə inteqrasiya etməklə öyünür, lakin yaxınlaşmaqda iqtisadi çöküşün qarşısını ala bilmir: "Mən iqtisadi cəhətdən baxıram, Sovet sisteminin dağılması ABŞ-ın hərbi gücü ilə bağlı deyildi. Onlar bizim kimi azad bazar insanlarının yaşaya bilməyəcəyi bir sistemlə işləyirdilər".
Paul faşizm, sosializm, kommunizmin dağılacağını, eyni vəziyyətin ABŞ-ı da gözlədiyini deyib: "Sovet sistemində olduğu kimi ani və dəhşətli bir sona doğru gedirik. Düzdü buna bənzər proses olmayacaq, çünki bəzi ölkələr Sovet sistemindən ayrılmışdı. Bizim əyalətlərimiz isə ayrılmayacaq, amma dünyada hegemonluğumuzu artıq maliyyələşdirə bilməyəcəyimizə səmimi şəkildə inanıram. Bizə aid olduğunu iddia etməsək də hegemonluğumuz böyük miqdarda pul və nüfuz tələb edir və biz hegemonluğumuzu qoruyub saxlamaq üçün silahlarla təhdid edirik, sanksiyalardan istifadə edirik. Mən artıq sona yaxınlaşdığımızı düşünürəm".