ABŞ prezidenti Donald Tramp İrana qarşı yeni sanksiyalar tətbiq etməyə hazırlaşır. Baki-xeber.com Türkiyə KİV-nə istinadən xəbər verir ki, bu barədə Press TV məlumat yayıb.
Məlumata görə, ABŞ dövlət katibinin İraq və İran üzrə müavin yardımçısı Endryu Pik Ağ Evin, 10-dan çox iranlının ölümünə səbəb olan aksiyalarda zorakılıqlara reaksiya verməyə hazırlaşdğını deyib.
"Etirazçılara qarşı zorakılıq tətbiq edən şəxs və qurumları məsul tutacağıq. Bu, sanksiya və digər vasitələrlə o insanlara qarşı hərəkətə keçəcəyimiz mənasına gəlir" – deyə E.Pik bildirib.
Sanksiyaların nə şəkildə olacağı isə açıqlanmır.
Bu arada, ABŞ-ın Maliyyə Nazirliyi İranın ballistik raketləri inkişaf və istehsal edən 5 təsisatına qarşı sanksiya tətbiq etdiyini açıqlayıb. “Bu sanksiyalar İranın xalqının mənaefeyini kənara qoyub, üstünlük verdiyi ballistik raket proqramını hədəf alıb” - deyə, maliyyə naziri Stiven Mnuçin bildirib.
Bu təsisatların hamısına Şəhid Bakeri Sənaye qrupu tərəfindən nəzarət edilir. Bu qrupa Şəhid İslami Araşdırma mərkəzi, Şəhid Xərrazi Sənayesi, Şəhid Müqəddəm Sənayesi, Şəhid Sanixani və Şəhid Şustəri sənayesi daxildir.