Rusya XİN rəhbərinin mətbuat sözcüsü Mariya Zaxarova ABŞ-ın önümüzdəki günlərdə İran olayları ilə bağlı BMT Təhlükəsizlik Şurasının xüsusi toplantı keçirəcəyi barədə açıqlamasını şərh edib.
Baki-xeber.com-un CNN Türk-ə istinadən xəbərinə görə, Zaxarova facebook statusunda ABŞ-ın dünyaya açıqlamalı olduğu məsələlərin mövcudluğuna şübhə etmədiyini deyib. “Məsələn, Nikki Heyli ABŞ-ın Wall Street əyləminin dağıdılması kimi etiraz aksiyalarını dağıtma təcrübəsini bölüşə bilər”- deyə o, sosial media paylaşımında yazıb.
Xatırladaq ki, daha öncə Amerikanın BMT-dəki daimi təmsilçisi Nikki Heyli ABŞ-ın bu günlərdə İrandaki olaylar la bağlı BMT Təhlükəsizlik Şurasının toplayacağını bildirib.
Onu da bildirək ki, artıq bir həftədir İranın böyük şəhərlərinde kütləvi etiraz aksiyaları keçirilir. İran prezidenti Həsən Ruhani etirazların siyasi mahiyyət daşımadığını, ölkədəki iqtisadi problemlərlə bağlı olduğunu deyir.