Fransa prezidenti Emmanuil Makron dünya birliyini İrana təzriqləri artırmağa çağırıb.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə o, Yelisey sarayında mətbuat nümayəndələrilə görüşündə bildirib. O deyib ki, İrana təzyiqlər artırılmalı, lakin danışıqlar dayandırılmamalıdır. Fransa prezidenti deyib ki, ABŞ, İsrail və Səudiyyə Ərəbistanı İranı yenidən “şər yuvası” elan etmək kursu götürüb, bu isə dünya birliyini İranla müharibəyə aparır.
Jurnalistin sualına cavabında Makron deyib ki, Fransa XİN rəhbərinin bu həftə İrana nəzərdə tutulan səfəri təxirə salınsa da, özünün Tehrana səfərini istisna etmir, lakin bunun üçün “ölkədə sabitliyin bərpasını və insan haqlarına dəyər verilməsinə əminliyi gözləmək lazım gəlir”. O deyib ki, hazırkı şərtlərlə Tehrana səfər mümkünsüzdür.
Xatırladaq ki, dekabrın 28-dən İranın bir çox şəhərlərində etiraz aksiyaları keçirilir. Polislə erirazçılar arasında yaşanan qarşıdurmalarda 23 nəfər həlak olub, 500 nəfərdən artıq şəxs gözaltına alınıb.