İsrail parlamenti terrorizm əməllərinə qarşı edam hökmünün tətbiqi təklifini təqdir edib.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə “Haaretz” qəzeti yazıb. Xəbərdə deyilir ki, Knesset yekun olaraq edam hökmünün tətbiqini qəbul edərsə, üç hərbi tribunaldan ikisinin terrorçu barəsində edam hökmü çıxarması hökmün icrası üçün yetərli olacaq. Eyni zamanda o da deyilir ki, çıxarılan edam hökmünün sonradan yumşaldıcı hökmlə əvəzlənməsi mümkün olmayacaq.
Xatırladaq ki, İsrail son dönəmdə 3 dəfə Qəzza sektorundan atılan raket hücumuna məruz qalıb və cavab zərbəsi endirib.