Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu İranda sosial problemlərlə başlayıb sonradan rejimə qarşı kütləvi etirazlara çevrilən hadisələri iki nəfərin dəstəklədiyini deyib. Baki-xeber.com xəbər verir ki, Çavuşoğlu bunlardan birinin İsrailin baş naziri Benyamin Netanyahu, digərinin isə ABŞ prezidenti Donald Tramp olduğunu deyib.
Çavuşoğlu bildirib ki, İrandakı qarşıdurmaların qısa müddətdə dayandırılmasını və sabitliyin bərpa olunmasını istəyirik: "İranı tənqid edən ölkələr, səmimi və ikili standartlardan uzaq olmalıdırlar. Misirdə çevriliş oldu, hər kəs dəstək verdi. Bəs siz çevrilişə qarşıydınız?
Ruhaninin açıqlamalarını düzgün qiymətləndiririk. Ümid edirik hadisələr ən qısa zamanda başa çatacaq”.
Nazir vurğulayıb ki, Türkiyə İrana xarici müdaxilə olunmasına qarşıdır. O həmçinin əlavə edib ki, İrandakı hadisələr ölkənin daxili işidir.