Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla İran prezidenti Həsən Ruhani arasında telefon danışığı olub. Baki-xeber.com xəbər verir ki, Ərdoğan İranın ictimai dincliyi və sabitliyinin qorunmasının daşıdığı əhəmiyyəti vurğulayıb.
Telefon danışığında İranda dekabrın 28-dən bəridir davam edən etiraz aksiyalarına toxunulub. Ərdoğan Türkiyə olaraq İranın ictimai dincliyi və sabitliyinin qorunmasına əhəmiyyət verdiklərini vurğulayıb.
Ərdoğan iranlı həmkarına xalqın sülhməqsədli nümayiş haqqından istifadə edərkən qanunların tapdalanmamasının vacibliyini dilə gətirməsinin məqsədəuyğun açıqlama olduğunu deyib.
İran prezidenti Ruhani də Ərdoğana həssaslığına görə təşəkkür edib və etiraz aksiyalarının bir neçə gün ərzində başa çatmasına ümid etdiklərini söyləyib.