ABŞ-ın Kaliforniya ştatında aeroportda qəribə olay yaşanıb.
Baki-xeber.com-un xəbərinə görə, Oakland şəhərindən Oreqon ştatının Portland şəhərinə uçan təyyarə salon boyi qaçan siçovul səbəbilə uçuşu ləngitməli olub. “CBS News” xəbər verir ki, sözügedən reysi həyata keçirən təyyarə “Board Alaska Airlines” şirkətinə məxsus olub.
Maraqlıdır ki, ekipaj üzvlərinin gəmiricini tapa bilməməsi səbəbilə ləngiməli olan reys sonradan təxirə salınıb.