İsrailin kəşfiyyat qurumu Mossadın keçmiş şefi Efraim Halevi İranda baş verən hadisələrlə bağlı açıqlama verib. Baki-xeber.com xəbər verir ki, Halevi “Jerusalem Post”a açıqlamasında İsrailin İrandakı hadisələr qarşısında səssiz qalmsını təklif edib.
"İsrail İranda olanlar qarşısında səssizcə oturub, İranın öz-özünə tükənməsinə gözləsə yaxşı olar" - deyə o bildirib.
"İrandakı hadisələrə qarışsaq heç bir baxımdan fayda əldə edə bilmərik. Öz problemlərimiz bizim üçün kifayətdir" – deyən keçmiş kəşfiyyatçı bildirib ki, "ən yaxşısı İran qazanını qarışdırmamaqdır".
O, İrandakı etirazların İsrailin xeyrinə olduğunu və nəticələrinin da İsrailin faydasına ola biləcəyini deyib. Halevi həmçinin, İran rejiminin etirazlara qarşı çox ehtiyatlı hərəkət etdiyinə diqqət çəkib.
Ömrünün 40 ilini İsrail kəşfiyyatına sərf edən Halevi daha sonra bildirib: "Əgər daha ağıllı olsaq və İranla əlaqədar hər şeyin üzərinə getməsək, həm İrandakı etirazçılar, həm də özümüz üçün böyük bir yaxşılıq etmiş olarıq".