Pakistan ABŞ prezidenti Donald Trampın rəsmi İslamabadın terrorçuları sığınacaqla təmin etdiyinə dair ittihamlarına sərt reaksiya göstərib. Baki-xeber.com xəbər verir ki, Trampın bəyanatından sonra ABŞ-ın İslamabaddakı səfiri David Hale Pakistan Xarici İşlər Nazirliyinə çağırılıb və ondan izahat tələb olunub.
Xarici işlər naziri Kavaca Məhəmməd Asif isə bildirib ki, Trampın “twitter” səhifəsində paylaşdığı “Pakistan ABŞ-ın Əfqanıstanda mübarizə apardığı terrorçulara ev sahibliyi edir” iddiaları həqiqətləri əks etdirmir.
Asif ABŞ ordusunun Pakistan torpaqlarından Əfqanıstanda öz mənfəətlərinə xidmət üçün istifadə etdiyini söyləyib.
ABŞ prezidenti Trampın son 15 ildə Pakistana verdiyi pulların, xeyirxahlıq üçün vermədiyini, ölkəsinin təqdim etdiyi xidmətlər üçün olduğunu da deyib.
Nazir bildirib ki, Tramp Əfqanıstandakı uğursuzluqlarından bizi deyil, buna səbəb olanları məsul tutmalıdır.