İsrail parlamenti Qüdslə beynəlxalq təşkilatarın da dəstəklədiyi iki dövlətli həll variantını alt-üst edən yeni qanun qəbul edib. Baki-xeber.com xəbər verir ki, parlamentin qəbul etdiyin yeni qanun Təl Əvivin Şərqi Qüds də daxil olmaqla, müqəddəs şəhərin hər hansı bir hissəsindən çəkilməsini demək olar ki, imkansız hala gətirir.
Belə ki, Knessetin təsdiqlədiyi qanuna əsasən, şəhərin hər hansı bir bölgəsindən çıxmaq üçün parlamentin ən azı üçdə ikisinin səsini almaq lazımdır. Knessetə görə, yeni qanun Qüdsün sərhədlərini yenidən müəyyənləşdirərək genişləndirməyə imkan verəcək.
Digər tərəfdən, BMT Şərqi və Qərbi hissəyə bölünən Qüdsün qərbini Fələstin torpaqları kimi tanıyır. Ancaq İsrail parlamentinin yeni qərarı ilə Qüds şəhərinin bütöv bir şəhər kimi, İsrailə aid olduğu vurğulanır.
“Əl-Cəzirə”yə görə, Tel Əviv rəhbərliyinin son addımı Qüdslə bağlı Fələstin və dünya əlkələrinin də dəstəklədiyi iki dövlətli həll variantını daha da çətinləşdirəcək.
İsrail 1980-ci ildə Qüdsü paytaxt elan etsə də, Trampın qərarı qədər heç bir ölkə onu tanımayıb.