İordaniya Kralı 2-ci Abdullah, Səudiyyə Ərəbistanının onu devirəcəyi şübhəsi ilə iki qardaşını və əmisi oğlunu ordudakı vəzifələrindən azad edərək, ev dustağı edib. Baki-xeber.com xəbər verir ki, bu barədə ərəb mediası məlumat yayıb.
Iddialara görə, Səudiyyə Ərəbistanı şahzadəsi Məhəmməd ibn Salman və Birləşmiş Ərəb Əmirliklərinin şahzadəsi Məhəmməd ibn Zayed Kral Abdullahı devirmək üçün onun iki qardaş və əmisi oğlu ilə razılığa gəlib.
Ancaq bu plandan xəbər tutan İordaniya kəşfiyyat xidməti kral Abdullaha məlumat verib. Kral Abdullah isə qardaşlarını və əmisi oğlunu ordudakı vəzifələrindən uzaqlaşdıraraq ev dustağı edib.