Rusiya prezidenti Vladimir Putin dekabrın 27-də Sankt-Peterburq şəhərində terror aktı baş verdiyini bildirib.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə o, Suriyada xüsusi əməliyyatların keçirilməsində fərqlənən hərbçilərin mükafatlandırılması mərasimində bəyan edib.
Xatırladaq ki, göstərilən tarixdə axşam saatlarında Peterburqdakı “Perekrestok” supermarketində partlayış baş verib. İlkin versiyaya görə, mağazanın saxlama kamerasında ətrafa xəsarətverici elementlər saçan əldədüzəlmə qurğu partlayıb. Nəticədə 13 nəfər xəsarət alıb ki, onlardan 5 nəfərin vəziyyəti ağırdır.
Faktla bağlı cinayət işi açılıb.
Putin əlavə edib ki, FTB-yə ehtimal olunan terrorçuların dərhal ələ keçirilməsi və onlarla “qanunun imkan verdiyi həddə sərt” davranılması barədə göstəriş verib. O xüsusi olaraq qeyd edib ki, hüquq-mühafizə orqanları işçilərinin həyatına təhlükə törədən silahlılar “məhv edilməlidir”.