İran İslam Respublikasının Məclis deputatları açıq sessiyada Tehranın Qüdsü “Fələstinin əbədi paytaxtı” olaraq tanımasının zəruriliyini bildirib.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə İRNA xəbər yayıb. Xəbərə görə, təklif İranın Fələstinə dəstəklə bağlı qanununa əlavələr şəklində nəzərdə tutulur. Deputatların fikrincə, həmin sənəddə birmənalı şəkildə Qüdsün Fələstinin paytaxtı olduğu göstərilməlidir. 226 Məclis üzvündən 207-nin səsini qazanan təklifə görə, İran hökuməti müqəddəs Əl-Qüdsün Fələstinin paytaxtı olaraq qalmasına hərtərəfli dəstək göstərməlidir.
Xatırladaq ki, dekabrın əvvəllərində Tramp Vaşinqtonun Qüdsü İsrailin paytaxtı olaraq qəbul etdiyini və Təl-Əvivdəki ABŞ səfirliyinin Qüdsə köçürüləcəyini bəyan edib. Ötən həftə isə BMT 128 səslə Qüdsün statusunun maraqlı tərəflər – İsrail və Fələstin arasında danışıqlar yolu ilə təyin olunmasının nəzərdə tutan qətnamə qəbul edib.