ABŞ prezidenti Donald Trampın son Qüds qərarına yəhudilərin minnətdarlığı özünü çox gözlətməyib.
Baki-xeber.com-un xəbərinə görə, onun adı Məscidi-Əqsanın qərb hissəsindəki Ağlaşma Divarı yaxınlığında inşa ediləcək qatar stansiyasına veriləcək. Xəbərə görə, bu barədə qərarı İsrail dövlətinin nəqliyyat və kəşfiyyat naziri Yisrael Katz açıqlayıb.
Xatırladaq ki, İsrail Nəqliyyat Nazirliyi tərəfindən daha əvvəl verilən şərhdə Təl Əvivlə Qüdsü Ağlaşma divarına birləşdirəcək sürətli qatar layihəsinin həyat keçirilməsinin planlaşdırıldığı və gələn il bu layihənin reallaşdırılacağı bildirilmişdi.