Rusiya xarici işlər naziri Sergey Lavrov deyib ki, gələn ay Söçidə Rusiyanın başçılığı ilə aparılan danışılıqlar Suriya tərəfindən dəstəklənir və BMT-nin vasitəçilik etdiyi sülh prosesi üçün təməl yaradır.
Lavrov bu sözləri 40 Suriya üsyançı qrupu Rusiyanın BMT sülh prosesindən yan keçməyə çalışdığını və Soçi danışıqlarında iştirak etməyəcəklərini elan edəndən sonra deyib.
Üsyançılar deyir ki, Rusiya onların Suriya prezidenti Bəşər Əl-Əsədin getməsinə dair tələbindən əl çəkmələrini istəyir.
Üsyançılar deyir ki, danışıqlarda iştirak edən vasitəçi neytral və dürüst olmalıdır, amma Suriyanın ən güclü müttəfiqi Rusiyanın belə olmadığını deyir.
Üsyançılar Rusiyanın danışıqlardakı rolunu Soçi danışıqlarının qüdrətli vasitəçilərinin Qazaxıstanda Suriya ilə bağlı sülh konqresi keçirəndən sonra rədd edib.
Rusiya danışıqları yanvarın 29-da Qara Dəniz sahilindəki kurort çəhərində keçirəcək.
BMT-nin vasitəçiliyi ilə Cenevrədə aparılan danışıqlar, habelə Rusiya, Türkiyə və İranın da iştirak etdiyi danışıqlar nəticəsində Suriyanın altı ildir davam edən vətəndaş müharibəsinə son qoyulması yolunda çox az irəliləyiş əldə olunub.