Suriyada müxaliflər Bəşər Əsəd rejiminə aid təyyarəni vurub. Baki-xeber.com xəbər verir ki, L-39-tipli döyüş təyyarəsi Hamada vurulub.
Məlumata görə, Hama və İdlibi vurmağa hazırlaşan qırıcı təyyarə müxalif Azad Suriya Ordusuna bağlı Azad İdlib Ordusu tərəfindən raketlə vurulub.
Internetdə təyyarənin pilotunun görüntüləri də yayılıb, hərəkətsiz vəziyyətdə olan pilotun ölüb-ölmədiyi bilinmir.