Qvatemala prezidenti Cimmi Morales ölkəsinin İsraildəki səfirliyinin Təl-Əvivdən Qüdsə köçürüləcəyini bəyan edib.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə məlumat dekabrın 25-də Qvatemala prezidentinin rəsmi facebook səhifəsində yer alıb. “Beləliklə, bu Latın Amerikası ölkəsi ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı olaraq tanıması qərarına qoşulan ilk dövlət olub”- “Deutsche Welle” yazır.
Xəbərə görə, artıq prezident Morales XİN rəhbəri Sandre Hovelə səfirliyin löçürülməsi yönündə fəaliyyətə başlamaq tapşırığı verib. Onun bu qərarı İsrail Baş naziri Benyamin Netanyahu ilə görüşdən dərhal sonra verməsi isə diqqətdən yayınmayıb.