Fələstin lideri Mahmud Abbas Donald Trampın Qüdsün İsrailin paytaxtı olaraq tanınması qərərından sonra ABŞ tərəfindən təklif ediləcək heç bir sülh planını qəbul etməyəcəklərini deyib.
Parisdə Fransa prezidenti Emmanuel Makronla görüşdükdən sonra keçirilən ortaq mətbuat konfransında danışan Abbas, "ABŞ tərəfindən irəli sürülən heç bir planı qəbul etməyəcəyik" deyə bildirib.
Abbas, BMT-də Qüdsün paytaxt elan edilmə qərarına qarşı səs verən ölkələrə maliyyə yardımını kəsməklə təhdid edən ABŞ prezidenti Donald Trampı da qınayıb.
Qeyd edək ki, BMT Baş Assambleyasında, Trampın tək tərəfli olaraq Qüdsün İsrailin paytaxtı olaraq tanıması qərarını real olaraq keçərsiz hesab edən qətnamə böyük səs çoxluğu ilə qəbul edilib. Lakin 128 səslə qəbul edilən qərarın məcburiliyi yoxdur.