Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Ankara Səfirliyinin müşaviri Havle Əli əl Şemsi Xarici İşlər Nazirliyinə çağırılıb.
Baki-xeber.com TRT-yə istinadən xəbər vürir ki, diplomatik mənbələrdən əldə edilən məlumata görə, Birləşmiş Ərəb Əmirliklərinin Ankara səfiri Xəlifə Şahin Əl-Mararın məzuniyyətdə olması səbəbindən səfirlik müşaviri Havle Əli əl-Şemsi Xarici İşlər Nazirliyinə çağırılıb və BƏƏ-nin xarici işlər naziri Abdullah Bin Zayedin Mədinənin müdafiəsilə tarixdə öz yerini tutan Fəxrəddin Paşa haqqında sosial şəbəkədə paylaşdığı ifadələrlə əlaqəli duyulan narahatlıq çatdırılıb.
Qeyd edək ki, BƏƏ-nin xarici işlər naziri Zayed “Twitter”də bir istifadəçinin Osmanlı imperiyası dönəmində Mədinə müdafiəçisi Fəxrəddin Paşanın yerli xalqa qarşı cinayət işlədiyini iddia edən ismarıcını yenidən paylaşmışdı.