Səudiyyə Ərəbistanı Qətərlə sərhəddə "Selva" nəzarət-buraxılış məntəqəsini (NBM) bağlayıb. Trend xəbər verir ki, Krallıq rəhbərliyi hələ məlumatı şərh etməyib.
Qeyd edək ki, "Selva" Səudiyyə Ərəbistanı ilə Qətər arasında yeganə NBM-dir.
Xatırladaq ki, iyunun 5-də Misir, Səudiyyə Ərəbistanı, Bəhreyn və Birləşmiş Ərəb Əmirlikləri Dohanı terrorçu təşkilatlara dəstəkdə və Yaxın Şərqdə vəziyyətin qeyri-sabitləşdirilməsində ittiham edərək Qətərlə diplomatik münasibətlərini dayandırdıqlarını elan etmişdilər.