İsrail İslam vəqfinə aid olan Məscidi-i Əqsanın Qərb Divarındakı Burak divarının altında sinaqoq açıb.
Baki-xeber.com bu barədə “yeni-safak”a istinadən bildirir. Xəbərdə deyilir ki, İsrailin Qərb Divarı Vəqfi tərəfindən verilən yazılı açıqlamada Burak divarında aparılan 12 illik fəaliyyətin ardından yeni bir sinaqoqun inşasının tamamlandığı bildirilir. Sinaqoqun yaxın zamanda ibadətə açılacağı xəbər verilir..
Xatırladaq ki, Qüdsdəki İslami vəqf və təşkilatlar daha əvvəl İsrailin Məscidi-i Əqsa altında apardığı qazıntı işlərinə reaksiya göstərmişdi. Yüksək İslam nümayəndə heyətinin rəhbəri və Məscidi-i Əqsa xətibi Şeyx İkrimə Səbri isə daha əvvəl etdiyi yazılı şərhdə "Burak Divarı Məscidi-i Əqsanın qərb divarının bir hissəsidir və İslam vəqfidir. Qiyamət gününə qədər də islama aid olmağa davam edəcək" sözlərini yazıb.
Qüdsün heç zaman bölünməyəcəyini vurğulayan Şeyx Səbri daha sonra yazır:"İşğalçı İsrailin Qüdsdə tarixi əsəri yoxdur və tarixi əsər araşdırması apara bilməz. 1967-ci ildən bu yana inşa etdiyi sinaqoqların da heç birinin tarixi keçmişi yoxdur. Bu səbəbdən bu yeni strukturlar işğal gücünə özünə tarixi bir arxa plan təmin edə bilməz."
Onu da qeyd edək ki, Qüdsdə olan Məscidül-Əqsa müsəlmanların ilk qibləsidir. Lakin yəhudilər Məscidi Əqsa Külliyyəsinin altında Süleyman Məbədi qalıqlarının olduğu iddiası ilə illərdir burada qazıntı işləri aparır.