Fələstin prezidenti Mahmud Abbas Rusiyaya səfər edəcək.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə jurnalistlərə prezidentin xarici siyasət və beynəlxalq məsələlər üzrə müşaviri Nabil Şaat məlumat verib. O deyib ki, Mahmud Abbas Rusiyada bir neçə dəfə olub, hazırda isə onun Moskvaya növbəti səfəri gözlənir. “Səfər öncəsi məni buraya göndərdi, çünki özü Səudiyyə Ərəbistanı və Qətərə səfər etməli idi. Hazırda isə Parisə istiqamət götürüb”- deyə jurnalistlərə açıqlamasında Fələstin lideri bildirib.